ATM-lərin profilaktik təmizlənməsi
ATM avadanlıqlarının fasiləsiz və etibarlı işləməsi üçün mütəmadi profilaktik təmizləmə xidməti göstəririk. Təmizləmə avadanlıq xüsusi materiallar vasitəsilə təmizlənir. Bu, həm avadanlığın uzunömürlü olmasını, həm də müştəri istifadəsində rahatlığı təmin edir.
Operativ texniki dəstək
ATM-lərdə yaranan texniki nasazlıqların qısa zamanda aradan qaldırılması üçün operativ texniki dəstək xidməti təqdim edirik. Təcrübəli mütəxəssislərimiz problemi yerində və ya uzaqdan aradan qaldıraraq avadanlığın fasiləsiz işləməsini təmin edirlər.
Stikerlərin yapışdırılması
Müştəri yönümlü vizual məlumatların və brend elementlərinin ATM-lərə düzgün şəkildə tətbiq olunması üçün stikerlərin yapışdırılması xidmətini göstəririk. Bu prosesdə həm estetik görünüş, həm də stikerlərin uzunmüddətli istifadəyə davamlı olması nəzərə alınır.
