Ünvanlara çatdırılma
Peşəkar texniki komandamız POS-terminalların istənilən məkanda quraşdırılmasını operativ şəkildə həyata keçirir. Quraşdırma zamanı bütün texniki parametrlər yoxlanılır, proqram təminatı yenilənir və cihazın tam istifadəyə hazır vəziyyətdə olması təmin edilir.
Ünvanlara çatdırılma
Sifariş edilmiş avadanlıqlarınız təhlükəsiz şəkildə və vaxtında göstərilən ünvana çatdırılır. Logistika prosesimiz müştərilərin iş axını ləngitmədən sürətli və effektiv formada təşkil olunur.
Təhvil verilmə, təhvil alınma və aktlaşdırılma
Hər bir quraşdırma və ya geri götürmə əməliyyatı rəsmi şəkildə sənədləşdirilir. Avadanlıqların təhvil verilməsi və təhvil alınması zamanı aktlar tərtib olunur, cihazın texniki vəziyyəti və işləkliyi təsdiq edilir.
İstifadəçilərə təlimlərin keçirilməsi
POS-terminallardan effektiv istifadə üçün əməkdaşlarınıza praktiki və nəzəri təlimlər təqdim edirik. Təlimlər cihazın funksionallığı, ödənişlərin idarə olunması, təhlükəsizlik qaydaları və problem həlli metodlarını əhatə edir.
